satellite   Azerspace-1: 11135 H 30000

Belçikada qrip epidemiyası elan edilib

Belçikada qrip epidemiyası elan edilib

Belçikada qrip epidemiyası rəsmi olaraq elan edilib.

NTV xəbər verir ki, bu barədə ölkənin Milli Səhiyyə İnstitutu son statistik məlumatlara əsaslanaraq məlumat yayıb. Qurumun açıqlamasına görə, 49-cu həftənin məlumatlarının təhlili qrip yoluxmalarının ölkə üzrə epidemiya səviyyəsinə çatdığını təsdiqləyib. İnstitutun həkim-epidemioloqların sözlərinə görə, qrip epidemiyası artıq tam şəkildə başlayıb və bununla yanaşı, RSV epidemiyası da davam edir. Xüsusilə azyaşlı uşaqlar və yaşlı insanlar üçün təhlükəli sayılan respirator sinsitial virus hazırda qriplə paralel yayılır. Bununla belə, səhiyyə orqanları bildirir ki, hazırkı mərhələdə xəstəxanalar və ailə həkimləri üzərindəki yük nəzarət altındadır. Qış mövsümünün pik dövrü yaxınlaşsa da, göstəricilər hələlik nisbətən aşağı səviyyədə qalır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM