satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri istefa verib

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri istefa verib

Ukraynanın Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk vəzifəsindən istefa verdiyini rəsmi olaraq açıqlayıb.

NTV-nin "RBK-Ukrayna"ya istinadən verdiyi məlumata görə, informasiyanı Ukrayna Təhlükəsizlik Xidməti öz rəsmi bəyanatında təsdiqləyib.

Bəyanatda sözləri sitat gətirilən Malyuk qeyd edib ki, Ukraynanın Təhlükəsizlik Xidmətində işləməyə davam edəcək və xüsusi əməliyyatların həyata keçirilməsi üzərində çalışacaq: "Sədr vəzifəsindən gedirəm. Ukraynanın Təhlükəsizlik Xidməti sistemində dünya səviyyəli asimmetrik xüsusi əməliyyatları həyata keçirməyə davam edirəm".

Malyukun istefa səbəbləri açıqlanmayıb.

Qeyd olunub ki, o, quruma 2022-ci ilin iyul ayından rəhbərlik edirdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM