satellite   Azerspace-1: 11135 H 30000

Rusiya "Marinera" tankerinin ABŞ tərəfindən ələ keçirilməsinə görə narahatlığını ifadə edib

Rusiya "Marinera" tankerinin ABŞ tərəfindən ələ keçirilməsinə görə narahatlığını ifadə edib

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ Silahlı Qüvvələrinin yanvarın 7-də "Marinera" neft tankerinə qarşı həyata keçirdiyi güc aksiyası ilə əlaqədar ciddi narahatlığını ifadə edib.

NTV-nin Rusiya XİN-in bəyanatına istinadən məlumatına görə, qurum ABŞ tərəfinin hərəkətlərini qanunsuz hesab edir.

Rusiya XİN Vaşinqtonu beynəlxalq dəniz gəmiçiliyinin fundamental norma və prinsiplərinə riayət etməyə çağırıb.

Qeyd edək ki, Ağ Ev "Marinera" tankerinin heyəti ABŞ-nin Venesuela neftinə qarşı sanksiyalarını pozduğuna görə məhkəmə qarşısına çıxarılacağını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM