satellite   Azerspace-1: 11135 H 30000

Hakan Fidan: "Suriya Demokratik Qüvvələri"nin terrorla vidalaşmaq vaxtıdır

Hakan Fidan: "Suriya Demokratik Qüvvələri"nin terrorla vidalaşmaq vaxtıdır

"Suriya Demokratik Qüvvələri"nin separatçılıq və terrorla vidalaşmaq vaxtıdır.

NTV CNNTurk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada omanlı həmkarı Bədr bin Hamed əl-Busaidi ilə keçirdiyi birgə mətbuat konfransında Suriyada baş verən son hadisələri qiymətləndirərkən deyib.

Nazir bildirib ki, "Suriya Demokratik Qüvvələri" (SDQ) nəzarəti altında olan əraziləri nəyin bahasına olursa-olsun saxlamağa çalışır:

"Bu qruplaşma Suriyanın sülh və sabitliyə qovuşmasının qarşısındakı ən böyük maneədir. Belə barışmaz mövqe Suriyanın və bölgənin reallıqlarına ziddir. SDG-nin terrora və separatçılığa artıq vida etmək vaxtıdır".

H.Fidan qeyd edib ki, Suriya hökumətinin keçən həftə SDQ ilə baş tutan təmaslar ətraflı dəyərləndirilib:

"Türkiyə olaraq arzumuz bölgədəki həssaslıqları nəzərə alan və Suriyaya sabitlik gətirəcək bir razılaşmaya nail olmaqdır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM