satellite   Azerspace-1: 11135 H 30000

BMT: Yanacaq çatışmazlığı və yolların bağlı qalması Qəzzada humanitar səylərə maneə törədir

BMT: Yanacaq çatışmazlığı və yolların bağlı qalması Qəzzada humanitar səylərə maneə törədir

Yanacaq çatışmazlığı və yolların bağlı qalması Qəzzada humanitar səylərə böyük maneə törədir.

NTV  Qətər Xəbər Agentliyinə istinadla bildirir ki, bu fikirlər BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Mərkəzinin (UNOCHA) bəyanatında yer alır.

Bəyanatda qeyd olunur ki, yanacaq yüklərinin çatdırılması bərpa olunsa da, onların təyinat yerinə çatmasında əngəllərin qalması, yollarda sıxlıq və saxlanma yerlərinin azlığı xərcləri artırır. Nəticədə yardımlar gecikir. Bildirilir ki, BMT tərəfdaşları 2023-cü ilin oktyabrından sonra ilk dəfə olaraq aylıq ərzaq paylarının verilməsinə yenidən başlayıblar. Ərzaq 100 min nəfərə təhvil verilib.

Qeyd olunur ki, atəşkəs rejimi qüvvəyə minən gündən 35 tibb məntəqəsi işini bərpa edib, 25 yeni məntəqə qurulub. Bu xidmətlərin əksəriyyəti Qəzzanın şimalında təşkil olunub. Müvəqqəti tədris-təhsil məkanların sayı genişləndirilərək 424 məkana çatdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM