satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Senatı Venesuelaya növbəti müdaxiləni məhdudlaşdıran qətnamə qəbul edib

ABŞ Senatı Venesuelaya növbəti müdaxiləni məhdudlaşdıran qətnamə qəbul edib

ABŞ Senatı müharibə səlahiyyətlərinə dair qətnaməni qəbul edib.

NTV xəbər verir ki, qətnamə layihəsində Prezidentin ABŞ Silahlı Qüvvələrindən Konqresin icazəsi olmadan Venesuela daxilində və ya ona qarşı hərbi əməliyyatlarda istifadəsi qadağan olunur.

Qətnamənin lehinə 52, əleyhinə 47 senator səs verib. Respublikaçılar Partiyasının 5 üzvü layihənin keçməsi üçün Demokratlar Partiyasından olan həmkarlarına qoşulub.

Növbəti mərhələdə tam təsdiq üçün qətnamə Nümayəndələr Palatasında səsverməyə çıxarılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM