satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Prezidenti Venesuela əməliyyatının neftə görə etdiyini etiraf edib

ABŞ Prezidenti Venesuela əməliyyatının neftə görə etdiyini etiraf edib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Venesueladakı hərbi əməliyyatın məqsədlərindən biri qlobal neft qiymətlərini aşağı salmaqdır.

NTV xəbər verir ki, o, bu açıqlamanı "Fox News"a verdiyi müsahibədə deyib.

"Bu, dünya miqyasında neft qiymətlərinin aşağı düşməsi deməkdir ki, bu da hər kəs üçün əladır. Bu, Amerika üçün neft qiymətlərinin aşağı düşməsi deməkdir ki, mən də onu aşağı saldım", - deyə o bildirib.

Dövlət başçısı qeyd edib ki, artıq böyük neft şirkətləri Venesuelaya gələcəklər: "Onlar çox pul qazanacaqlar və bu pulun bir hissəsi Venesuelaya, bir hissəsi isə bizə gedəcək. Biz regiona sabitlik gətirdik və neft qiymətlərini əhəmiyyətli dərəcədə aşağı saldıq. Bilirsiniz, hazırda benzin bir çox hallarda qallonu 1,99 dollardır", - deyə Tramp qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM