satellite   Azerspace-1: 11135 H 30000

Donald Trampın neft nəhənglərinin rəhbərləri ilə görüşü gözlənilir

Donald Trampın neft nəhənglərinin rəhbərləri ilə görüşü gözlənilir

ABŞ Prezidenti Donald Tramp Venesuela neftinin gələcəyini müzakirə etmək üçün dünyanın aparıcı şirkətlərinin rəhbərlərini bir araya toplamağa hazırlaşır.

NTV xəbər verir ki, neft nəhənglərinin rəhbərlərinin Donald Tramp və Ağ Evin yüksəkvəzifəli rəsmiləri ilə görüşü gözlənilir.

Görüşdə “Chevron”, “Exxon Mobil” və “ConocoPhillips” kimi şirkətlərinin rəsmilərinin iştirakı nəzərdə tutulur.

Əsas müzakirə mövzuları arasında Venesuelada azalan investisiyalar və Qərb şirkətlərinin ölkədən çıxması səbəbindən ən aşağı səviyyəyə düşən neft hasilatını bərpa etmək imkanları var. Həmçinin görüşdə Venesuelanın hazırkı ehtiyaclarının dərəcəsi və neft şirkətlərinin bu ölkəyə təhlükəsiz şəkildə geri qayıtması üçün münbit şəraitin təmin olunması nəzərdən keçiriləcək.

Mənbələrə görə, İspaniyanın “Repsol” və Hindistanın “Reliance” şirkətinin rəhbərləri də görüşə dəvət olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM