satellite   Azerspace-1: 11135 H 30000

ABŞ "Olina" tankerinin saxlanıldığını rəsmən təsdiqləyib - YENİLƏNİB 2

ABŞ "Olina" tankerinin saxlanıldığını rəsmən təsdiqləyib<font color='red'> - YENİLƏNİB 2</font>

ABŞ Silahlı Qüvvələrinin Cənub komandanlığı "Olina" neft tankerinin saxlanıldığını rəsmən təsdiqləyib.

NTV  xəbər verir ki, müvafiq bəyanat qurumun "X" hesabında dərc edilib və əməliyyatın gedişatını əks etdirən video ilə müşayiət olunub.

Əməliyyat zamanı "Southern Spear" ("Cənub nizəsi") birləşmiş əməliyyat qrupunun dəniz piyadaları və dənizçiləri "USS Gerald R. Ford" aviasiya daşıyıcısından "Olina" tankerinin göyərtəsinə çıxıblar. Karib dənizində gəmi heç bir insident olmadan saxlanılıb.

Əməliyyat Trinidad adasının (Trinidad və Tobaqo Respublikası) yaxınlığında keçirilib. "Reuters" agentliyinin məlumatına görə, tanker əvvəllər Şərqi Timor bayrağı altında Venesuelaya üzüb.

17:23

ABŞ Sahil mühafizəsi beşinci tanker olan "Olina" gəmisinin göyərtəsinə qalxıb.

NTV xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

17:08

ABŞ Trinidad adası yaxınlığında Karib hövzəsində "Olina" tankerinin saxlanılması əməliyyatına başlayıb.

NTV xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"Bu, Vaşinqtonun Venesuelanın neft ixracına nəzarət üzrə səyləri çərçivəsində son həftələrdə saxlanılacaq beşinci gəmi olacaq", - mənbə agentliyə bildirib.

"Equasis" gəmiçilik barədə məlumat bazasına görə, Timor-Leşti bayrağı altında üzən "Olina" gəmisi daha əvvəl Venesueladan yola düşmüş və regiona qayıtmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM