satellite   Azerspace-1: 11135 H 30000

Moldova və Ukraynanın enerji təchizatında problem yaranıb

Moldova və Ukraynanın enerji təchizatında problem yaranıb

Moldovada Ukraynanın enerji sistemindəki ciddi problemlər səbəbindən elektrik təchizatında problemlər yaranıb.

NTV xəbər verir ki, bu barədə Moldova Energetika Nazirliyi məlumat yayıb.

"Elektrik enerjisinin ötürülməsi sisteminin operatoru olan "Moldelectrica" vəziyyətin sabitləşdirilməsi üçün qəza işləri aparır. Bir sıra yaşayış məntəqələrində elektrik təchizatı artıq bərpa edilib", - məlumatda bildirilib.

Öz növbəsində, Ukrayna KİV-ləri vurğulayıb ki, ölkənin enerji sistemində qəza səbəbindən hazırda Kiyev rayonlarında su təchizatı yoxdur.

Bundan əlavə, Kiyev metrosunda nasazlıq səbəbindən qatarların hərəkəti və eskalatorların işi müvəqqəti dayandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM