satellite   Azerspace-1: 11135 H 30000

Səudiyyə Ərəbistanı UNESCO ilə Yəmənin mədəni irsinin qorunması sahəsində əməkdaşlıq edəcək

Səudiyyə Ərəbistanı UNESCO ilə Yəmənin mədəni irsinin qorunması sahəsində əməkdaşlıq edəcək

Səudiyyə Ərəbistanının “Yəmənin İnkişafı və Yenidən Qurulması üzrə Proqram”ı və Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Yəmənin mədəni irsinin qorunması sahəsində birgə səyləri genişləndirmək, eləcə də Yəməndə Ümumdünya İrsi Siyahısına daxil edilmək üçün tarixi abidələrin müəyyənləşdirilməsi istiqamətindəki təşəbbüslərə dəstək vermək məqsədilə əməkdaşlıq edəcəklər.

NTV “əl-Arəbiyyə” telekanalına istinadla xəbər verir ki, bu barədə tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.

Sənəddə Yəmənin institusional potensialının gücləndirilməsi, irs, tərbiyə və təhsil, elm, mədəniyyət və inkişaf sahələrində fəaliyyətlərin və texniki yardımın göstərilməsi nəzərdə tutulur. Bu memorandum Səudiyyə Ərəbistanı proqramı ilə UNESCO arasında təhsil, irs və mədəniyyətin dəstəklənməsi sahəsində mövcud tərəfdaşlığın davamıdır. Bu çərçivədə Seyun Sarayının bərpası layihəsi, Yəməndə əsas təhsilin dəstəklənməsi və müştərək maraq doğuran bir sıra mədəni təşəbbüslər həyata keçirilir.

Proqram çərçivəsində Yəmən Mədəniyyət Nazirliyi və Kral Əbdüləziz Fondu ilə əməkdaşlıq şəraitində bir sıra işlər görülür. Bu fəaliyyətlərə Hadramaut vilayətinin Tərim şəhərində yerləşən tarixi Əhqaf Kitabxanasındakı sənədlərin və əlyazmaların qorunması, rəqəmsallaşdırılması, bərpası, eləcə də yəmənli mütəxəssislərin hazırlanması daxildir.

Eyni zamanda, Səudiyyə Ərəbistanının adıçəkilən proqramı qeyri-maddi mədəni irsin qorunmasına bir sıra inkişaf layihələri və təşəbbüslər vasitəsilə töhfə verir. Sokotra Arxipelaqı vilayətində “Sənətkarlıq emalatxanası” layihəsi həyata keçirilir. Bundan başqa, əl-Məhra vilayətində nümunəvi məktəblər inşa edilib. Proqram çərçivəsində Yəmənin mədəni irsinin bir hissəsi olan və yox olmaq təhlükəsi ilə üzləşmiş məhri, soqotri, şəhri və digər ərəb dili qrupuna daxil olan məhəlli dillərin qorunması istiqamətində işlər görülür.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM