satellite   Azerspace-1: 11135 H 30000

Cənubi Koreyada Afrika donuz taununa 6-cı yoluxma faktı təsdiqlənib

Cənubi Koreyada Afrika donuz taununa 6-cı yoluxma faktı təsdiqlənib

Cənubi Koreya hökuməti ölkədə Afrika donuz taunu virusuna yoluxmanın altıncı halını təsdiqləyib.

NTV  Cənubi Koreyanın “Yonhap” informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı, Ərzaq və Kənd İşləri Nazirliyi məlumat yayıb. Bildirilib ki, son yoluxma Seuldan 138 kilometr cənubda yerləşən Boryeong şəhərində, 3 min 500 donuzun saxlanıldığı fermada qeydə alınıb.

Virusun yayılmasının qarşısını almaq məqsədilə yoluxmuş heyvanların məhv edilməsi planlaşdırılır. Həmçinin Boryeong və ətraf ərazilərdəki bütün donuz fermaları və əlaqəli obyektlərdə fəaliyyətin müvəqqəti dayandırılması barədə göstəriş verilib.

Qeyd edək ki, Afrika donuz taunu insanlara yoluxmur, lakin donuzlar üçün ölümcül xəstəlikdir, hazırda onun peyvəndi və ya müalicəsi yoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM