satellite   Azerspace-1: 11135 H 30000

Prezident: Ukrayna üçün ən mühüm təhlükəsizlik zəmanəti Aİ-ə üzv olmaqdır

Prezident: Ukrayna üçün ən mühüm təhlükəsizlik zəmanəti Aİ-ə üzv olmaqdır

Ukrayna üçün gələcək təhlükəsizlik zəmanətləri kompleks, hüquqi və beynəlxalq səviyyədə təsbit olunmuş olmalıdır.

NTV-nin  məlumatına görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə NATO-nun Baş katibi Mark Rütte ilə birgə mətbuat konfransında bildirib.

Onun fikrincə, əks halda müharibə bitdi demək olmaz:

"Bu yalnız hərbi yardımla məhdudlaşmır. Söhbət Rusiyanın təcavüzünün qarşısını alan və genişmiqyaslı işğalın təkrarını qeyri-mümkün edəcək uzunmüddətli sistem yaratmaqdan gedir. Belə zəmanətlərin ən mühüm tərkib hissələrindən biri kimi Ukraynanın Avropa İttifaqına tam üzvlüyüdür. Məhz Aİ uzunmüddətli perspektivdə xarici təhlükədən etibarlı siyasi, iqtisadi və hüquqi müdafiəni təmin edəcək", - deyə, o əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM