satellite   Azerspace-1: 11135 H 30000

Yunanıstanda miqrantları daşıyan qayığın saxlanılması zamanı 14 nəfər ölüb

Yunanıstanda miqrantları daşıyan qayığın saxlanılması zamanı 14 nəfər ölüb

Yunanıstan Sahil Mühafizəsinin Xios adası yaxınlığında qanunsuz immiqrantları daşıyan qayığı saxlaması nəticəsində ölənlərin sayı 14-ə çatıb, 24 nəfər yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

NTV xəbər verir ki, bu barədə Yunanıstanın ERT-news televiziya kanalı məlumat yayıb.

Qeyd olunub ki, Xios adasındakı Mirsinidio çimərliyi yaxınlığında dənizdə sahil mühafizə gəmisi ilə qanunsuz miqrantları daşıyan sürət qayığı arasında insident baş verib.

Son məlumatlara görə, 14 nəfər ölüb, 24 nəfər yaralanıb. Sahil mühafizəsinin iki zabiti, yeddi uşaq və bir hamilə qadın da daxil olmaqla 22 yaralı miqrantla birlikdə xəstəxanaya aparılıb. İtkin düşmüş şəxslərin olması barədə məlumatlardan sonra Sahil Mühafizəsi və Hərbi Hava Qüvvələrinin iştirakı ilə axtarış-xilasetmə əməliyyatı davam edir.

İlkin rəsmi məlumata görə, miqrantları daşıyan sürət qayığı Sahil Mühafizəsinə məxsus gəmi ilə toqquşub. Hazırda hadisə yerində Sahil Mühafizəsinin dörd gəmisi, şəxsi dalğıcları daşıyan bir gəmi və Hərbi Hava Qüvvələrinə məxsus helikopter var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Yaponiyada 35 nəfər ölüb

10:26 04.02.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM