Əfqanıstanda 2025-ci il ərzində mina və partlamamış hərbi sursatların partlaması nəticəsində azı 87 nəfər həlak olub, 333 nəfər isə yaralanıb.
NTV Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Fövqəladə Halların İdarə Edilməsi Qurumu məlumat yayıb. Bildirilib ki, il ərzində mina və partlamamış sursatlarla bağlı 193 partlayış hadisəsi qeydə alınıb.
BMT Əfqanıstanı mina və partlamamış sursatlar səbəbindən ən çox itki qeydə alınan ölkələr sırasında dünyada üçüncü yerdə göstərir.
