Krasnoyarsk (Rusiya) məktəbində baş verən hadisə nəticəsində xəsarət alanların sayı altı nəfərə çatıb, onlardan beşi xəstəxanaya yerləşdirilib.
NTV xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Krasnoyarskda əlində çəkic olan səkkizinci sinif şagirdi məktəbdə yanğın törədib. O, saxlanılıb.
Məlumata görə, şagird sinif yoldaşını yandırmağa cəhd edib, onun üzərinə benzin tökərək od vurub. Müəllim onun bayıra çıxmasına kömək edib. Daha sonra o, yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Səkkizinci sinif şagirdi həmçinin iki şagirdə çəkiclə hücum edib. Onlar da kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıblar.
Hadisə nəticəsində müəllim xəsarət alıb, lakin onun xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.
Bildirilib ki, hücumun səbəbi şagirdə qarşı zorakılıq və onun görməzdən gəlinməsidir. Həmçinin məlum olub ki, o, məktəbin yazışma qrupunda yanğın törədəcəyi barədə əvvəlcədən xəbərdarlıq edib, lakin onun təhdidləri ciddi qəbul olunmayıb.
