satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Ukraynanın Donetsk vilayətinə zərbə endirib, ölənlər var

Rusiya Ukraynanın Donetsk vilayətinə zərbə endirib, ölənlər var

Rusiya Ukraynanın Donetsk vilayətinin Drujkovka şəhərinə zərbələr endirib, 6 nəfər ölüb, bir nəfər yaralanıb.

NTV  "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin teleqram kanalında bildirib.

O qeyd edib ki, Drujkovkaya endirdiyi bugünkü zərbələr nəticəsində azı 6 nəfər ölüb və 1 nəfər yaralanıb.

Bundan əlavə, V.Filaşkinin sözlərinə görə, zərbələr nəticəsində sənaye zonası, üç çoxmərtəbəli və üç fərdi yaşayış evi zədələnib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM