satellite   Azerspace-1: 11135 H 30000

Soyuq hava qlobal istiləşməni təkzib etmir

Soyuq hava qlobal istiləşməni təkzib etmir

Dünyanın müxtəlif bölgələri Sibir mənşəli soyuq hava kütlələrinin təsirinə məruz qaldığı bir vaxtda iqlim dəyişikliyi anlayışının düzgün başa düşülməməsi onlayn mühitdə yanlış mülahizələrin və dezinformasiyanın yayılmasına səbəb olur. Həmin yanaşma atmosfer hadisələri ilə uzunmüddətli iqlim proseslərinin bir-biri ilə qarışdırılmasından irəli gəlir və iqlim mövzusunda yanlış təsəvvürlərin formalaşmasına zəmin yaradır. Məsələni faktlar əsasında araşdıraq.

Milli Hidrometerologiya Xidmətindən NT-Y Ə bildiriblər ki, hava şəraiti müəyyən bir vaxt və məkanda müşahidə olunan qısamüddətli atmosfer vəziyyətidir. İqlim isə konkret bir ərazidə hava göstəricilərinin onilliklər (adətən 30 il və ya daha çox) ərzində formalaşan orta və tipik xüsusiyyətlərini əks etdirir. Başqa sözlə, bir neçə günlük soyuq epizodlar iqlim meyillərini əks etdirmir.

Aparılan müşahidələr göstərir ki, son onillik planet miqyasında ən isti dövrlərdən biri kimi qeydə alınıb və həmin dəyişiklik əsasən atmosferdə istixana qazlarının yığılması ilə əlaqədardır. Nəticədə ölkələr daha tez-tez həm isti, həm də soyuq ekstremal hava hadisələri ilə üzləşir.

Soyuq hava epizodları sinoptik proseslərin nəticəsidir, qlobal səviyyədə temperaturun mərhələli yüksəlməsi isə onilliklər üzrə qiymətləndirilən iqlim tendensiyasıdır. Elmi müşahidələr – yerüstü stansiyalar, peyklər və okean ölçmələri eyni nəticəni göstərir ki, planet istiləşir və proses sürətlənir. Soyuq hava qlobal istiləşməni və iqlim böhranını təkzib etmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM