satellite   Azerspace-1: 11135 H 30000

Hindistanla KƏŞ ölkələri arasında azad ticarət sazişi üzrə danışıqlar planlaşdırılır

Hindistanla KƏŞ ölkələri arasında azad ticarət sazişi üzrə danışıqlar planlaşdırılır

Hindistan və Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələr azad ticarət sazişi üzrə danışıqlara başlamaq istəyirlər. Bu sənəd Şuraya üzv altı ölkə ilə Asiyanın üçüncü ən böyük iqtisadiyyatı arasında iqtisadi əlaqələri gücləndirmək məqsədi güdür.

NTV “Bloomberg-Şərq” agentliyinə istinadla xəbər verir ki, bu barədə Hindistanın ticarət naziri Piyuş Goyal bildirib.

Onun sözlərinə görə, ölkəsi KƏŞ ilə azad ticarət sazişi danışıqlarının başlanması üçün şərtlərlə bağlı razılığa gəlib.

Azad ticarət sazişləri Körfəz ölkələrinin qlobal bazarlarla ticarət mübadiləsini artırmaq və iqtisadiyyatlarını neftdən kənar sahələr üzrə şaxələndirmək strategiyasının mühüm hissəsini təşkil edir. KƏŞ artıq “Sinqapur” və “Avropa Azad Ticarət Assosiasiyasına (EFTA)” üzv ölkələrlə (İsveçrə, Norveç, İslandiya və Lixtenşteyn) azad ticarət sazişləri imzalayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM