Norveçdə keçmiş baş nazir və Avropa Şurasının keçmiş baş katibi Torbyorn Yaqlanda barəsində korrupsiya və Epşteyn işi üzrə şübhə altında istintaq başlanılıb.
NTV xəbər verir ki, bu barədə Norveçin iqtisadi cinayətlərlə mübarizə bölməsi "Oekokrim" məlumat verib.
"Biz hesab edirik ki, istintaq üçün ağlabatan əsaslar var, nəzərə alsaq ki, dərc olunmuş sənədlərlə əhatə olunan dövrdə o, Nobel komitəsinin sədri və Avropa Şurasının baş katibi vəzifələrində çalışıb", - məlumatda qeyd edilib.
T.Yaqlanda qarşı hələ ki konkret ittihamlar irəli sürülməyib. Polis həmçinin beynəlxalq təşkilatın keçmiş rəhbəri kimi ona verilmiş diplomatik toxunulmazlıqdan Yaqlandı məhrum etməyi tələb edib.
