İsrail alimləri malyariya xəstəliyinə səbəb olan təhlükəli parazitin çoxalması zamanı baş verən mühüm bir mərhələni aşkar ediblər. Araşdırmalar göstərib ki, parazit bölünməzdən əvvəl qısa, lakin həlledici bir mərhələdən keçir və məhz bu zaman onun yaşaması üçün vacib olan daxili hissə yeni parazitlərə ötürülür.
NTV İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, bu daxili hissə parazitin böyüməsi və yaşaması üçün lazım olan maddələri istehsal edən xüsusi “istehsal mərkəzi” rolunu oynayır. Həmin struktur olmadıqda parazit yaşaya və çoxala bilmir. Alimlərin fikrincə, məhz bu həssas mərhələnin hədəfə alınması parazitin çoxalmasının qarşısını ala və gələcəkdə malyariyaya qarşı yeni dərmanların hazırlanmasına imkan yarada bilər.
Araşdırma Qüdsdə yerləşən Yəhudi Universitetinin alimləri tərəfindən aparılıb və nəticələr “Journal of Cell Biology” elmi nəşrində dərc olunub.
