Türkiyənin Erzincan vilayətində 4,9 bal gücündə zəlzələ olub.
NTV Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri Erzincanın Kemah rayonudur.
Yerli vaxtla saat 14:16-da qeydə alınan zəlzələnin ocağı yerin 4,52 kilometr dərinliyindədir.
