satellite   Azerspace-1: 11135 H 30000

Avropa Komissiyası “TikTok”a dizaynına görə xəbərdarlıq edib

Avropa Komissiyası “TikTok”a dizaynına görə xəbərdarlıq edib

Avropa Komissiyası “TikTok”a asılılıq riski yaradan dizaynına görə xəbərdarlıq edib.

NTV xəbər verir ki, komissiyanın ilkin qiymətləndirməsinə görə, platformadakı “Infinite Scroll”, “Autoplay” və fərdiləşdirilmiş tövsiyə alqoritmi istifadəçilərin özünü idarəetməsini zəiflədir və asılılıq yaradır. Bu xüsusiyyətlər xüsusilə azyaşlılar, həmçinin asılılığa meyilli yetkinlər üçün zərərli hesab edilir.

“TikTok”un ekran vaxtı idarəsi və valideyn nəzarət alətləri mövcud olsa da, komissiya bunları səmərəsiz hesab edir. Tələbə əsasən, platformanın dizaynında əsaslı dəyişikliklər edilməli, o cümlədən avtomatik ekran fasilələri tətbiq olunmalı və “Infinite Scroll” funksiyası ləğv edilməlidir.

Əgər “TikTok” tələbləri yerinə yetirməsə, şirkət illik qlobal gəlirinin 6 faizi həcmində cərimə ilə üzləşə bilər.

“TikTok” iddialara cavab vermək üçün vaxt alıb və şirkət nəticələrə qarşı mübarizə aparacağını açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Fransa ordunu gücləndirir

18:00 06.02.2026

Türkiyədə zəlzələ olub

16:10 06.02.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM