satellite   Azerspace-1: 11135 H 30000

Çin saxta xidmətlər yaradan şirkətləri cərimələyib

Çin saxta xidmətlər yaradan şirkətləri cərimələyib

Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası istifadəçiləri aldatmaq məqsədilə özlərini “OpenAI” şirkətinin “ChatGPT” xidməti və “DeepSeek” kimi təqdim edən bir sıra şirkətləri cərimələyib.

NTV “South China Morning Post”a istinadla xəbər verir ki, bu addım süni intellekt sektorunda haqsız rəqabətə və intellektual mülkiyyətin mənimsənilməsinə qarşı mübarizə çərçivəsində görülən növbəti tədbir olub.

Çinin bazar tənzimləyicisi “Shanghai Shangyun Internet Technology” şirkətini “WeChat” supertətbiqində saxta “ChatGPT” xidmətini işə saldığına görə 62 692 70 yuan (9034 dollar) məbləğində cərimələyib. Sözügedən tətbiq “Tencent Holdings” şirkətinə məxsusdur.

Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyasının yaydığı bəyanata görə, xidmət özünü “OpenAI”nin çat-botunun rəsmi Çin versiyası kimi təqdim edib və istifadəçiləri süni intellektlə dialoqlara görə ödəniş etməyə sövq etməklə Çinin haqsız rəqabətə qarşı qanunvericiliyini pozub.

Digər halda “Hangzhou Boheng Culture Media” şirkəti “DeepSeek-in lokal yerləşdirilməsi”ni təklif edən icazəsiz veb-sayt yaratdığı və istifadəçiləri saxta xidmətə görə aldadaraq ödəniş etməyə məcbur etdiyi üçün 30 min yuan (4323 dollar) məbləğində cərimələnib. Saxta saytda “DeepSeek”in rəsmi platforması ilə demək olar ki, eyni şriftlərdən, ikonkalardan və səhifərinin dizaynından istifadə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Fransa ordunu gücləndirir

18:00 06.02.2026

Türkiyədə zəlzələ olub

16:10 06.02.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM