satellite   Azerspace-1: 11135 H 30000

Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar paketini təqdim edib

Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar paketini təqdim edib

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 20-ci sanksiyalar paketini təqdim edib.

NTV xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bəyanat yayıb.

Aİ-nin 20-ci sanksiyalar paketi enerji, maliyyə xidmətləri və ticarət sahələrini əhatə edir. Enerji sahəsində Rusiya xam nefti üçün tam dəniz xidmətləri qadağasının tətbiqini, “kölgə donanması”na daha 43 gəminin əlavə edilməsini və mayeləşdirilmiş təbii qaz (LNG) tədarük edən tankerlərlə buzqıranlara texniki xidmətin məhdudlaşdırılmasını nəzərdə tutulur.

Maliyyə sahəsində 20 regional bankın sanksiya siyahısına salınması, kriptovalyuta vasitəsilə yayınma kanallarına qarşı tədbirlərin genişləndirilməsi planlaşdırılır. Eləcə də Rusiyaya 360 milyon avrodan çox dəyərdə ixrac qadağaları, 570 milyon avrodan artıq həcmdə isə metallara, kimyəvi maddələrə və kritik minerallara idxal məhdudiyyətləri tətbiq olunur.

Paketdə sanksiyalardan yayınmağa qarşı ilk dəfə əks tədbirlər alətinin aktivləşdirilməsi də əksini tapıb.

Komissiyanın məlumatında sanksiyaların təsirinin artıq hiss olunduğu, Rusiyanın neft-qaz gəlirlərinin 2025-ci ildə 24 faiz azalaraq son beş ilin ən aşağı səviyyəsinə düşdüyü, faiz dərəcələrinin 16 faiz səviyyəsində qaldığı, inflyasiyanın isə yüksək olduğu bildirilib.

U.Lyayen üzv dövlətləri yeni sanksiyaları sürətlə təsdiqləməyə çağıraraq, bu addımın müharibənin dördüncü ilində güclü siqnal ola biləcəyini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Fransa ordunu gücləndirir

18:00 06.02.2026

Türkiyədə zəlzələ olub

16:10 06.02.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM