satellite   Azerspace-1: 11135 H 30000

Enerji böhranına görə Kubada ciddi qənaət həyata keçirilir

Enerji böhranına görə Kubada ciddi qənaət həyata keçirilir

Kuba hökuməti enerji böhranına görə ciddi qənaət tədbirləri barədə qərar verib.

NTV xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ötən həftə Kubaya yanacaq satan ölkələrə əlavə rüsum tətbiq edəcəyini bildirib. Bundan sonra ölkənin yanacaq təminatı dayanıb.

Kubanın Baş naziri Oskar Peres bildirib ki, bu gündən yanacaq yalnız zəruri infrastrukturun fəaliyyəti üçün istifadə ediləcək. Dövlət müəssisələrində iş həftəsi 4 günə endiriləcək, şəhərlərarası qatar və avtobus reyslərinin sayı azaldılacaq, bəzi turizm obyektləri bağlanacaq.

Məktəblərdə dərs saatları qısaldılacaq, universitetlərdə isə yarıəyani təhsil tətbiq olunacaq.

Oskar Peres əlavə edib ki, yanacaq ölkəyə valyuta gətirən strukturların təminatına yönələcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM