satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 11 %-ə yaxın azaldıb

Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 11 %-ə yaxın azaldıb

Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 141,833 milyon ABŞ dolları dəyərində mal idxal edib.

NTV Türkiyənin Ticarət Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 10,8 % azdır.

Yanvarda Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 0,8 %-ni təşkil edib.

Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 4,3 % azalaraq 17 milyard 606,718 milyon ABŞ dollarına düşüb.

Türkiyədən ən çox idxalı Almaniya 1,587 milyard ABŞ dolları (1 il əvvələ nisbətən 0,7 % çox), Böyük Britaniya 1,135 milyard ABŞ dolları ( 4,6 % çox), ABŞ 1,027 milyard ABŞ dolları (4,7 % az) və İtalya 959 milyon ABŞ dolları (2,9 % çox) həyata keçirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM