satellite   Azerspace-1: 11135 H 30000

Sudanda silahlıların hücumu nəticəsində 24 nəfər həlak olub

Sudanda silahlıların hücumu nəticəsində 24 nəfər həlak olub

Sudanda Dubeykir bölgəsindən Şimali Kordofan əyalətinin ər-Rəhd şəhərinə köçkünləri daşıyan nəqliyyat vasitəsinin Çevik Dəstək Qüvvələri tərəfindən hədəfə alınması nəticəsində 24 nəfər, o cümlədən 8 uşaq və bir neçə qadın həlak olub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

NTV xəbər verir ki, “Sudan Həkimləri Şəbəkəsi”nin məlumatına görə, nəqliyyat vasitəsində Cənubi Kordofan əyalətindən qaçan məcburi köçkünlər olub və avtomobil ər-Rəhd şəhərinə çatarkən hücuma məruz qalıb.

Sudan üç ildir ki, ordu ilə Çevik Dəstək Qüvvələri arasında gedən müharibənin ağır nəticələrini yaşayır. Bu münaqişə on minlərlə insanın həlak olmasına, milyonlarla insanın didərgin düşməsinə gətirib çıxarıb, ölkənin səhiyyə və təhsil infrastrukturunun böyük hissəsini məhv edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM