Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falihin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdədir. Nümayəndə heyətinin tərkibinə rabitə naziri Abdullah əs-Savaha, Mülki Aviasiya üzrə Baş İdarənin rəhbəri Əbdüləziz əd-Dueylic, eləcə də bir sıra nazirliklərin nümayəndələri daxildir.
NTV SANA agentliyinə istinadla xəbər verir ki, bu səfər çərçivəsində Suriya və Səudiyyə Ərəbistanı arasında aviasiya, rabitə, infrastruktur xidmətləri və daşınmaz əmlakın inkişafı sahələrində investisiya müqavilələrinin imzalanması gözlənilir.
