satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir

Rusiyanın “Rosatom” dövlət korporasiyası Ermənistanda yeni nüvə enerji blokları tikmək istəyir.

NTV xəbr verir ki, bu məsələ Rusiya dövlət korporasiyası “Rosatom”un baş direktoru Aleksey Lixaçevlə Ermənistan parlamentinin sədri Alen Simoyanın görüşündə müzakirə olunub.

“Rosatom”un rəhbəri Ermənistan Atom Elektrik Stansiyasının (AES) ömrünün ikinci dəfə uzadılması barədə təklif irəli sürüb, həmçinin Ermənistanda yeni nüvə enerji bloklarının tikintisini ətraflı müzakirə edib.

“Rosatom” erməni tərəfdaşlarına böyük, orta və kiçik tutumlu nüvə elektrik stansiyalarının tikintisi və qeyri-nüvə layihələri də daxil olmaqla, əlaqəli layihələrin həyata keçirilməsi daxil olmaqla hərtərəfli əməkdaşlıq təklif edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM