satellite   Azerspace-1: 11135 H 30000

Suriyanın Homs şəhərində yaşayış binasında yanğın olub, ölən və xəsarət alanlar var

Suriyanın Homs şəhərində yaşayış binasında yanğın olub, ölən və xəsarət alanlar var

Suriyanın Homs şəhərinin Quta rayonunda yaşayış binasında baş verən yanğın nəticəsində beş nəfər həlak olub, daha 10 nəfər xəsarət alıb.

NTV SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriyanın Mülki Müdafiə Xidməti məlumat yayıb.

Həlak olanlardan üçü qadın və ikisi kişidir. Xəsarət alan 10 nəfərə hadisə yerində tibbi yardım göstərilib.

Bildirilib ki, yanğın birinci mərtəbədəki mənzildə dizel yanacağı ilə işləyən qızdırıcıdan başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM