satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniya Rusiyanın LNG daşıyıcılarına dəniz xidmətlərini qadağan edəcək

Böyük Britaniya Rusiyanın LNG daşıyıcılarına dəniz xidmətlərini qadağan edəcək

Böyük Britaniya hökuməti 2026-cı ilin sonunda Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) daşıyıcılarına dəniz xidmətlərinin göstərilməsinə qadağa tətbiq edəcək.

NTV xəbər verir ki, bu barədə Birləşmiş Krallığın XİN başçısının müavini Stiven Dauti bildirib.

"2025-ci ilin noyabrında mən Rusiya mayeləşdirilmiş təbii qazına münasibətdə dəniz xidmətlərinə qadağanın tətbiq olunması niyyətimizi elan etdim ki, LNG-nin dünya üzrə ixracını təmin edən Britaniya xidmətlərinə çıxışı kəsək. Bu tədbir cari ildə təqdim olunacaq və ilin sonunda tam qüvvəyə minəcək", - Dautinin Şotlandiya Milli Partiyasını təmsil edən İcmalar Palatasının (Britaniya parlamentinin aşağı palatası) deputatı Kris Lounun sualına yazılı cavabında deyilir.

Birləşmiş Krallığın XİN başçısının müavini əlavə edib ki, London artıq Rusiyadan LNG daşıyan 16 gəmiyə, həmçinin "Arktik LNG - 2" layihəsinə və Çindəki "Beihai LNG" terminalına qarşı sanksiyalar tətbiq edib. O, həmçinin xatırladıb ki, 2023-cü ildə Böyük Britaniyada Rusiya LNG-sinin idxalına qadağa qüvvəyə minib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM