satellite   Azerspace-1: 11135 H 30000

İndoneziya cari ildə dabaq xəstəliyinə qarşı 4 milyon doza peyvənd paylayacaq

İndoneziya cari ildə dabaq xəstəliyinə qarşı 4 milyon doza peyvənd paylayacaq

İndoneziya Kənd Təsərrüfatı Nazirliyi 2026-cı ildə ölkə üzrə 4 milyon doza dabaq xəstəliyi peyvəndi təqdim edəcək.

NTV İndoneziyanın Antara informasiya agentliyinə istinadla xəbər verir ki, bu tədbir heyvan xəstəliklərinin qarşısını almaq və heyvandarlığı qorumaq məqsədi daşıyır. Qərbi Yavada 177 dabaq xəstəliyi qeydə alındığı üçün nazirlik bu bölgəyə 151 min doza peyvənd ayırıb. Bildirilib ki, peyvəndlər yanvar–mart və iyul–avqust aylarında iki mərhələdə paylanılacaq.

Nazirlik vurğulayır ki, peyvəndlə yanaşı, avadanlıqlarla bağlı biotəhlükəsizlik tədbirlərinin gücləndirilməsi vacibdir. Yerli orqanlar və fermerlər xəstəliyə qarşı diqqətli və operativ olmalıdırlar.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM