satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstandan Azərbaycan vətəndaşları da daxil 80 əcnəbi deportasiya edilib

Gürcüstandan Azərbaycan vətəndaşları da daxil 80 əcnəbi deportasiya edilib

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son günlərdə həyata keçirilən əməliyyatlar çərçivəsində 80 xarici vətəndaşı ölkə ərazisindən çıxarıb.

NTV xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, deportasiya tədbirləri Daxili İşlər Nazirliyinin müvafiq bölmələri ilə sıx əməkdaşlıq şəraitində, mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə icra olunub.

Ölkədən çıxarılan şəxslərə Gürcüstana giriş qadağası tətbiq edilib.

Kompleks miqrasiya nəzarəti tədbirləri nəticəsində Türkiyə, Rusiya, Hindistan, İran, Azərbaycan, Misir, Türkmənistan, Pakistan, Özbəkistan, Nigeriya, Banqladeş, İsrail, İraq, İordaniya, Nepal, Fil Dişi Sahili, Sudan, Tacikistan, Filippin və Şri-Lanka vətəndaşları Gürcüstan ərazisindən deportasiya olunub.

Daxili İşlər Nazirliyi bildirir ki, miqrasiya qaydalarına nəzarət və qanunsuz miqrasiyaya qarşı tədbirlər gələcəkdə də davam etdiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM