satellite   Azerspace-1: 11135 H 30000

Avropa İttifaqı firmalara satılmayan geyimlərin məhv olunmasını qadağan edir

Avropa İttifaqı firmalara satılmayan geyimlərin məhv olunmasını qadağan edir

Avropa İttifaqı (Aİ) satılmayan geyim və ayaqqabı məhsullarının məhv edilməsinin qarşısını almaq məqsədilə yeni qaydalar tətbiq edir.

NTV “Spiegel” nəşrinə istinadla xəbər verir ki, Avropa Komissiyasının qəbul etdiyi tənzimləməyə əsasən, Aİ-də fəaliyyət göstərən iri moda şirkətləri satılmamış geyim və ayaqqabıları iyulun 19-dan etibarən yalnız bəzi istisna hallarda məhv edə biləcək.

Yeni qaydaların məqsədi iqlimə və ətraf mühitə zərər vuran israfçılığın azaldılmasıdır. Aİ-nin hesablamalarına görə, Avropada satılmayan tekstil məhsullarının 4-9 faizi heç istifadə olunmadan məhv edilir. Bu proses nəticəsində təxminən 5,6 milyon ton CO₂ emissiyası yaranır ki, bu da 2021-ci ildə İsveçin ümumi xalis emissiyalarına yaxın göstəricidir. Təkcə Almaniyada onlayn ticarətdə hər il geri qaytarılan 20 milyona yaxın məhsul utilizasiya edilir. Qaydalar orta ölçülü şirkətlərə 2030-cu ildən tətbiq olunacaq. Lakin zədələnmiş mallar kimi bəzi istisnalar da nəzərdə tutulur.

Bundan əlavə, orta şirkətlər 2030-cu ildən satılmamış və məhv edilmiş istehlak malları barədə məlumatları açıqlamalı olacaqlar.

Avropa Komissiyası yeni tələblərin şirkətləri ehtiyatları daha səmərəli idarə etməyə, geri qaytarılma proseslərini təkmilləşdirməyə və satılmamış malların məhv edilməsi əvəzinə onların yenidən satışı, bərpası, ianə olunması və təkrar istifadəsi kimi alternativləri genişləndirməyə təşviq edəcəyini bildirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM