satellite   Azerspace-1: 11135 H 30000

Yaponiyada əlverişsiz hava şəraiti səbəbindən ölənlərin sayı 46-ya çatıb

Yaponiyada əlverişsiz hava şəraiti səbəbindən ölənlərin sayı 46-ya çatıb

Yaponiyada güclü qar yağması səbəbindən üç həftə ərzində ən azı 46 nəfər ölüb, 558 nəfər xəsarət alıb.

NTV xəbər verir ki, bu barədə "The Japan Times" yerli xilasetmə xidmətlərinin məlumatlarına istinadən məlumat yayıb

Ölümlə nəticələnən qəzaların çoxu damlardan insanların üzərinə qar yığınlarının düşməsi və ya qar təmizləmə zamanı baş verib.

Yanvarın sonundan davam edən qar yağışından ölkənin şimal rayonları xüsusilə zərər çəkib. Bundan əlavə, əlverişsiz hava şəraiti nəqliyyatın işində fasilələrə səbəb olub.

Ölkənin meteoroloji xidmətinə görə, Honsu adasının şimalındakı Aomori şəhərində qar yığınlarının hündürlüyü hazırda 1,3 metr təşkil edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM