satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Donetskə zərbə endirib: 2 nəfər ölüb

Rusiya Donetskə zərbə endirib: 2 nəfər ölüb

Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhərinə aviabombalarla zərbə endirib, nəticədə 2 nəfər həlak olub, 7 nəfər yaralanıb.

NTV xəbər verir ki, bu barədə Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin teleqram kanalında bildirib.

"Bu gün Slavyanska endirilən aviabomba zərbələri nəticəsində 2 nəfər həlak olub, 7 nəfər isə yaralanıb. Ölənlər 11 yaşlı qız və onun anasıdır. Yaralananlar arasında 7 yaşlı qız var. Bütün məsul xidmətlər artıq bu hücuma reaksiya verir", - o yazıb. Filaşkin ölən və yaralananların sayının arta biləcəyini deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM