satellite   Azerspace-1: 11135 H 30000

Bəqai: İran və ABŞ diplomatik prosesin davam etdirilməsi barədə konsensusa nail olub

Bəqai: İran və ABŞ diplomatik prosesin davam etdirilməsi barədə konsensusa nail olub

İran və ABŞ arasında nüvə proqramı üzrə Maskatda (Oman) aparılan danışıqlar Tehrana Vaşinqtonun niyyətlərinin ciddiliyini qiymətləndirməyə imkan verib və tərəflərdə diplomatik dialoqun davam etdirilməsinə marağın olduğunu göstərib.

NTV "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.

"Fikrimizcə, Maskatdakı görüşün məqsədi qarşı tərəfin (ABŞ - red.) niyyətlərinin ciddiliyini qiymətləndirmək və bundan sonra necə hərəkət etməyi anlamaq idi. Danışıqlardan sonra bizdə diplomatik prosesin davam etdirilməsi ilə bağlı anlaşmaya və konsensusa nail olduq", - Bəqai deyib.

Xatırladaq ki, ötən həftə ABŞ və İran diplomatları Omanın vasitəçiliyi ilə dolayı danışıqlar aparıblar. Görüş ABŞ-nin regionda hərbi mövcudluğunu artırması və Prezident Donald Trampın İrana qarşı hərbi güc tətbiq etmək mümkünlüyü barədə bəyanatları fonunda baş tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM