Filippində Mayon vulkanında təkrar püskürmə baş verib.
NTV Filippinin PNA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb. Bildirilib ki, Mayon vulkanında yanvar ayından bəri ardıcıl püskürmələr baş verib. Bölgədə üçüncü təhlükə səviyyəsi hələ də davam edir.
Qeyd edək ki, hündürlüyü 2500 metrədək olan Mayon vulkanı konusvari formaya malikdir. Filippində ən aktiv vulkan hesab olunur.
