satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Venesuelaya neft və qaz kəşfiyyatı texnologiyalarının tədarükünə icazə verib

ABŞ Venesuelaya neft və qaz kəşfiyyatı texnologiyalarının tədarükünə icazə verib

ABŞ-nin Maliyyə Nazirliyi Venesuelaya neft və qaz istehsalı üçün mal və texnologiya tədarükünü əhatə edən əməliyyatları Amerika sanksiyalarından müvəqqəti azad olunması barədə lisenziya dərc edib.

NTV-nin məlumatına görə, sənəd nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən dərc edilib.

Söhbət Venesuelada neft və qazın kəşfiyyatı, işlənməsi və ya istehsalı üçün mal, texnologiya, proqram təminatı və ya xidmətlərin tədarükündən gedir.

Bundan əlavə, Maliyyə Nazirliyi Venesuela limanlarının və hava limanlarının fəaliyyətini dəstəkləyən əməliyyatları müvəqqəti olaraq azad edən lisenziya dərc edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM