Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı ildən-ilə artır. Son iki ildə bu göstərici 12 faiz bəndi yüksəlib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) NTV-yə bildirilib ki, 2024-cü ildə müntəzəm avtobus marşrutlarında ödənişlərin 77 faizi nağdsız formada həyata keçirilib. 2025-ci ildə bu göstərici 85 faizə, 2026-cı ildə isə 89 faizə çatıb.
Beləliklə, iki il ərzində nağdsız ödənişlərin payı 77 faizdən 89 faizə yüksələrək 12 faiz bəndi artıb. Bu göstəricilər ictimai nəqliyyatda nağdsız ödəniş üsullarından istifadənin genişləndiyini göstərir.
