satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində görülən işlər müzakirə olunub

Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində görülən işlər müzakirə olunub

Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı 
onlayn görüş keçirilib.

NTV  xəbər verir ki, görüşdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov və hər iki qurumun nümayəndələri iştirak ediblər.

Görüş zamanı Naxçıvan Sənaye Parkında müvafiq infrastrukturun qurulması istiqamətində görülən işlər, mövcud vəziyyət, həmçinin yerli və xarici investorların rezidentliklə bağlı müraciətləri və həmin müraciətlərə baxılması məsələləri müzakirə olunub. 

İşlərin əlaqələndirilmiş şəkildə həyata keçirilməsində və məlumat mübadiləsinin aparılmasında operativliyin artırılması məqsədilə müvafiq İşçi Qrupunun yaradılması barədə razılıq əldə olunub.

Qeyd edək ki, Naxçıvan Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2024-cü il tarixli Fərmanı ilə yaradılıb və 11 avqust 2026-cı il tarixində dövlət başçısı tərəfindən sənaye parkının təməli qoyulub. 

Sənaye parkının yaradılmasında əsas məqsəd Naxçıvanda sənaye məhsullarının istehsalının və ixracının genişləndirilməsi, investisiyaların cəlb edilməsi, müasir istehsal sahələrinin və yeni iş yerlərinin yaradılmasıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM