satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan: Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur, qarşıda TRIPP layihəsinin reallaşdırılması var

Paşinyan: Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur, qarşıda TRIPP layihəsinin reallaşdırılması var

Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur və TRIPP layihəsinin həyata keçirilməsi Ermənistanla Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsinə imkan verəcək.

NTV xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib.

Paşinyan qeyd edib ki, son iki ildə regiondakı vəziyyət xeyli dəyişib.

Onun sözlərinə görə, Azərbaycan dəmir yolları təxminən bir ildir ki, Ermənistan yüklərinin daşınması üçün açıqdır. O, həmçinin Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin başlandığını elan edib.

Regional nəqliyyat əlaqələrinin perspektivlərindən danışan Baş nazir bildirib ki, yaxın gələcəkdə Ermənistanda TRIPP layihəsi həyata keçiriləcək və bu, regional əlaqələrin blokadasına son qoymağa kömək edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Azərbaycanda ÜDM artıb

11:59 09.10.2026

Birjalarda neft ucuzlaşıb

10:50 09.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM