Oktyabrın 1-nə ölkədə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,8 faiz artaraq 900 min 967, aktiv ƏDV ödəyicilərinin sayı isə 6,9 faiz artaraq 62 min 414 təşkil edib.
Dövlət Vergi Xidmətindən NTV-yə bildirilib ki, həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 6,2 faiz artıb və 247 min 206 olub.
