satellite   Azerspace-1: 11135 H 30000

İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib

İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib

İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ölkəsinin uranın zənginləşdirilməsindən imtina etməyəcəyini və zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməyəcəyini bildirib.

NTV xəbər verir ki, İslami jurnalistlərə açıqlamasında uranın zənginləşdirilməsini İranın elmi və texnoloji inkişafının ayrılmaz hissəsi olduğunu bildirib, ABŞ-nin bu sahədəki tələblərini qəbul etməyəcəklərini vurğulayıb.

Bununla yanaşı, ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens Tehranın nüvə proqramı ilə bağlı danışıqlarda irəliləyişə nail olunması üçün uranın zənginləşdirilməsi imkanlarının məhdudlaşdırılması istiqamətində konkret addımlar atmalı olduğunu bildirib.

İranın 60 faizlik səviyyəyədək zənginləşdirilmiş uran ehtiyatları Qərb ölkələrinin əsas narahatlıq mənbələrindən biridir. ABŞ Prezidenti Donald Tramp isə İranın nüvə silahına malik olmasına imkan verməyəcəyini dəfələrlə bəyan edib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin 2025-ci ildə nəşr olunmuş hesabatına görə, 90 faizlik zənginləşdirilmiş uran ehtiyatı 9 nüvə bombasının hazırlanmasına kifayət edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Azərbaycanda ÜDM artıb

11:59 09.10.2026

Birjalarda neft ucuzlaşıb

10:50 09.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM