Bu gün Futbol üzrə Azərbaycan Kubokunun I təsnifat mərhələsinə yekun vurulacaq.
NTV xəbər verir ki, son oyun günündə “Ağdaş” öz meydanında “Haypers”i qəbul edəcək. Ağdaş şəhər stadionunda keçiriləcək görüş saat 14:30-da start götürəcək.
Daha əvvəl keçirilən oyunlarda “Qaradağ Lökbatan” “Şəki”ni 12:0, “Ağstafa Gəncləri” “Şəmkir”i 5:1, “Marafon” “Dinamo”nu 3:0, “Kür-Araz” “Şirvan”ı 3:1, “Zəngəzur” “Difai”ni 3:1 hesabı ilə üstələyib.
