satellite   Azerspace-1: 11135 H 30000

Bakıda NATO-nun təlim kursu keçirilir - FOTOLAR

Bakıda NATO-nun təlim kursu keçirilir<font color=red> - FOTOLAR</font> Bakıda NATO-nun təlim kursu keçirilir<font color=red> - FOTOLAR</font> Bakıda NATO-nun təlim kursu keçirilir<font color=red> - FOTOLAR</font> Bakıda NATO-nun təlim kursu keçirilir<font color=red> - FOTOLAR</font> Bakıda NATO-nun təlim kursu keçirilir<font color=red> - FOTOLAR</font>

Bakıda Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünü qiymətləndirmə təliminin açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, tədbirdə Azərbaycan Ordusunun və tərəfdaş ölkələrin bir qrup hərbi qulluqçusu iştirak edib.

Bildirilib ki, təlim zamanı iştirakçılara NATO standartlarına uyğun olaraq, sülhməramlı əməliyyat ssenarisi əsasında təlimlərin Hərbi Qərar Qəbuletmə Prosesi çərçivəsində planlaşdırılması və icrası üzrə məşğələlər keçiriləcək.

Qeyd olunub ki, belə təlimlər sülhməramlı əməliyyatlara hazırlıq səviyyəsinin artırılması və qarşılıqlı əlaqənin gücləndirilməsi, o cümlədən təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bununla yanaşı, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş sülhməramlı tabor və Hərbi Polis bölüyünün 1-ci səviyyəli özünü qiymətləndirmə təlimi çərçivəsində silahlanmada olan texnika, təchizat və digər avadanlıqlara baxış keçirilməsi, sülhməramlı əməliyyatlar zamanı taktiki tapşırıqların icrası üzrə bacarıqların qiymətləndirilməsi nəzərdə tutulub.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Azərbaycanda ÜDM artıb

11:59 09.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM