satellite   Azerspace-1: 11135 H 30000

Finlandiya vətəndaşlıq testi tətbiq edir

Finlandiya vətəndaşlıq testi tətbiq edir

2027-ci ilin martından etibarən Finlandiya 18 yaşdan 64 yaşa qədər olan əcnəbi ərizəçilər üçün vətəndaşlıq testi tətbiq edəcək. Yeni tələb vətəndaşlıq qanunvericiliyində aparılan islahatların bir hissəsi olacaq.

NTV-yə YLE-yə istinadla xəbər verir ki, bu barədə Finlandiya İmmiqrasiya Xidmətinin mətbuat açıqlamasında bildirilib.

Ərizəçilər xüsusi test zamanı bu ölkə haqqında biliklərini sübut edə biləcəklər. Alternativ olaraq, onlar Finlandiya və ya İsveçin orta məktəb diplomu və ya yerli universitetinin diplomunu təqdim edə bilərlər.

Testləri Finlandiya İmmiqrasiya Xidməti təşkil və idarə edəcək.

Agentliyin baş direktoru İlkka Haahtelanın sözlərinə görə, vətəndaşlıq tələbləri 2026-cı il ərzində artıq bir neçə dəfə sərtləşdirilib. Testin tətbiqi islahatın son mərhələsi olacaq. Əvvəlki dəyişikliklər, xüsusən də ölkədə yaşama müddəti və ərizəçilərin gəlir səviyyəsi ilə bağlı tələblərə aid olub. Finlandiya vətəndaşlığını almaq üçün ölkədə minimum səkkiz il və ya fin, İsveç dillərini bildiyinizi sübut edən sertifikatınız varsa, beş il yaşamalısınız. Digər tələblərə son iki il ərzində sabit gəlirinizin sübutu, məhkumluğun və ödənilməmiş borcların olmaması daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Azərbaycanda ÜDM artıb

11:59 09.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM