satellite   Azerspace-1: 11135 H 30000

İrakli Kobaxidze: Orta Dəhlizə marağın artdığı bir vaxtda dəmir yollarının rolu daha da aktuallaşır

İrakli Kobaxidze: Orta Dəhlizə marağın artdığı bir vaxtda dəmir yollarının rolu daha da aktuallaşır

Bu gün nəqliyyat marşrutlarının dəyişdiyi və Orta Dəhlizə marağın artdığı bir vaxtda dəmir yollarının rolu daha da vacib hala gəlir. Modernləşdirilmiş, müasir və yaxşı işləyən dəmir yolu sistemi Gürcüstan üçün tranzitdəki rolunu daha da gücləndirməyə fürsətdir.

NTV xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dəmiryolçu Gününə həsr olunmuş tədbirdəki çıxışında bildirib.

Onun sözlərinə görə, nəqliyyat infrastrukturunun inkişafı Gürcüstan əsas prioritetlərdən biridir.

“2032-ci ilə qədər nəqliyyat infrastrukturuna 7 milyard dollar investisiya qoyulacaq. Limanlar, avtomobil yolları və hava limanları ilə yanaşı, bu planın ən vacib komponentlərindən biri dəmir yollarının modernləşdirilməsi və gücləndirilməsidir. Ötən ilin sonunda Gürcüstanın əsas dəmir yolunun tarixi modernləşdirilməsi başa çatıb ki, bu da tutumu ikiqat artırıb və daşıma müddətini əhəmiyyətli dərəcədə azaldıb. Biz həmçinin Bakı-Tbilisi-Qars layihəsini başa çatdırdıq və dəmir yolunun bu hissəsi tammiqyaslı istismara verilib”, - deyə İrakli Kobaxidze qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Azərbaycanda ÜDM artıb

11:59 09.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM