M4 indeksli avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində yol hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə nişanlanma xətti təşkil edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) NTV-yə bildirilib ki, görülən tədbirlər nəqliyyat vasitələrinin hərəkət sürətinin azaldılmasına və qeyd olunan ərazidə yol hərəkətinin daha təhlükəsiz təşkilinə xidmət edir.
